ÖZ XƏBƏR

Azərbaycan İdman Akademiyası dəftərxana və təsərrüfat malları üçün alacaq - 145 min manata

Azərbaycan İdman Akademiyası dəftərxana ləvazimatları, təsərrüfat malları və bayraqların satınalınması üçün tender elan edib.

 32gun.az xəbər verir ki, Satınalmanın ehtimal olunan dəyəri 144.848,60 AZN təşkil edir.

Tender çərçivəsində alınacaq məhsullar arasında ağardıcı qələmlər (7 ml, 500 ədəd), arxiv qovluqları (A4, 4 sm qalınlıq, 1.000 ədəd və A4, 7 sm qalınlıq, 1.000 ədəd), rəngli ayırıc səhifə nişanları (500 ədəd), bumvinil (200 m), dəftərxana bıçaqları (18 mm, 60 ədəd) və digər ləvazimatlar yer alır.

Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacı oğlu Hacıyevdir.

Ayaz

Oxşar Xəbərlər