DÜNYA

Türkiyə XİN Yunanıstana nota verdi

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana şifahi nota verib.

"32gun.az" xəbər verir ki, bu barədə məlumatı ölkənin “CNN Türk” kanalı yayıb.

Yunanıstan Hərbi Hava Qüvvələrinin sosial media hesablarında C-130 təyyarələrini paylaşaraq “Günün fotosu” başlığı yazması Türkiyədə birmənalı qarşılanmayıb.

İctimaiyyət arasında geniş müzakirələrə səbəb olan paylaşım silinsə də, Türkiyə Xarici İşlər Nazirliyinin Yunanıstana şifahi nota verdiyi qeyd edilib.

Oxşar Xəbərlər