Yanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi - YENİLƏNİB
Lənkəranda yanan meyitlərin Cəlilabad rayon Kazımabad kənd sakinləri olduğu bildirilir.
"32gun.az" xəbər verir ki, ötən gün iki nəfərin yanmış cəsədləri aşkar olunanların Cəlilabad rayon Kazımabad kənd sakinləri 1970-ci il təvəllüdlü Sərraf Bulud oğlu Mustafayev və 1966-cı il təvəllüdlü Əmrah Nəcəfalı oğlu Bədirov olduğu bildirilir. Onların şəxsiyyətini dəqiqləşdirmək üçün qohumlarından analiz götürülüb.
Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
*** 16:17
Lənkəran rayonunda 2 nəfərin cəsədi tapılıb.
"32gun.az" xəbər verir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.
Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır.