Tovuzda bir ailənin 4 üzvü pendirdən zəhərləndi - YENİLƏNİB
16.11.2025-ci il tarixində saat 16:00 radələrində zəhərlənmə şübhəsilə 4 nəfər (2-si kişi, 2-si qadın olmaqla) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin edilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunur ki, pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***16.11.2025
Tovuzda bir ailənin 4 üzvü pendirdən zəhərlənib.
"Unikal"ın məlumatına görə, sakinlər - 1986-cı il təvəllüdlü R.Əhmədli, 1989-cu il təvəllüdlü V.Əhmədli,ailənin övladları 2010-cu il təvəllüdlü D.Əhmədli və 2013-cü il təvəllüdlü B.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənən şəxslər yaşadıqları evdə pendir yedikdən sonra zəhərləniblər. Hadisə yerinə AQTA əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.