HADİSƏ
Qara qutunun nəticələri 2 aya bilinəcək - Yaşar Güler
Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin "qara qutusu"sunun təhlili iki ay vaxt alacaq.
"32gun.az" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O söyləyib ki, ilkin nəticələrin əldə edilməsi prosesi ən azı 2 ay çəkir.