DÜNYA
Ukraynada müharibənin qurbanı olan uşaqların sayı AÇIQLANDI
Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsindən sonra 136 uşaq həlak olub, 199-u isə yaralanıb.
“Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Ofisi teleqramda məlumat yayıb. Uşaqlar ən çox Kiyev (64), Xarkov (44), Donetsk (50), Çerniqov (38), Mikolayev (28), Luqansk (25), Zaporojye (17), Xerson (20), Kiyev (16), Jitomir (15) və Sumı (14) bölgələrində zərər çəkib.