MƏDƏNİYYƏT - ŞOU
Nəsibə Zeynalovanın heç yerdə olmayan arxiv görüntüləri - VİDEO
Bu gün Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür.
Axşam.az xəbər verir ki, aktyor-aparıcı Sərxan Kərəmoğlu bu münasibətlə sosial şəbəkədə sənətçinin heç yerdə yayımlanmayan arxiv videosunu paylaşıb.
Sözügedən görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə dünyasını dəyişib.