HADİSƏ

Xəbər üçün gedən gənc jurnalist FACİƏVİ şəkildə öldü

Türkiyədə jurnalist faciəvi şəkildə ölüb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kayseri şəhərində baş verib.

Xəbər hazırlamaq məqsədilə şəxsi motosikleti ilə əraziyə gələn 25 yaşlı jurnalist Hamza Yüksel park edilmiş avtomobilə çırpılıb. Daha sonra o yola düşüb və arxadan gələn avtomobilin altında qalaraq, 200 metr sürüklənib.

H.Yüksel dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbər üçün gedən gənc jurnalist  FACİƏVİ   şəkildə öldü

Oxşar Xəbərlər