HADİSƏ

Sumqayıtda sabiq polis əməkdaşı İNTİHAR ETDİ

Sumqayıtda keçmiş polis əməkdaşı intihar edib.

32gun.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər xiyabanı ərazisində baş verib.
Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, intihar edən şəxs hazırda polis əməkdaşı deyil.

Oxşar Xəbərlər