HADİSƏ

Maşın ağaca çırpıldı, sərnişin ÖLDÜ

Ağcabədidə maşın ağaca çırpıldı, bir nəfər öldü. 

Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən məlumata görə, iyulun 16-da saat 1 radələrində Ağcabədi rayonunun Sarvanlar kəndi ərazisində rayon sakini C.Zamanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sərnişinlərindən rayon sakini Fərid Zamanov hadisə yerində ölüb, digər sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Oxşar Xəbərlər