HADİSƏ

Kişi sərnişin qadın sürücünü döydü - ANBAAN VİDEO

Dayanacaqdan kənarda düşmək istəyən qadın sürücü ilə kişi sərnişin arasında mübahisə düşüb.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İzmir şəhərində baş verib.

Belə ki, qırmızı işıqda gözləyən avtobusun sürücüsündən qapının açılmasını tələb edən kişi sərnişin yox cavabı alıb. Bundan sonra o qadın sürücünü təhqir edib. Zor tətbiq etməyə davam edən sərnişin qoruyucu qapını sındıraraq qadın sürücünü yumruqlamağa başlayıb. Dava zamanı sürücü B.A.O sol gözündən və qolundan xəsarət alıb.

Hadisə yerinə gələn polis şübhəlini qəsdən xəsarət yetirmək və ictimai əmlaka ziyan vurmaq ittihamı ilə nəzarətə götürüb.

Həmin anlar nəzarət kamerası tərəfindən anbaan lentə alınıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər