HADİSƏ
16 yaşlı yeniyetmə onu evdən qovan ögey atasını ÖLDÜRDÜ (FOTO/VİDEO)
16 yaşlı yeniyetmə onu evdən qovan ögey atasını qətlə yetirib.
32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.
30 bıçaq zərbəsi endirən yeniyetmə babasına məxsus mikroavtobusla hadisə yerindən uzaqlaşıb. Lakin polisin müdaxiləsi nəticəsində azyaşlı və babası saxlanılıb.
Mikroavtobusa baxış zamanı 1 ədəd ov tüfəngi, 3 ədəd bıçaq aşkarlanıb.
Yaralı kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Nurlan Şiraliyev