HADİSƏ

Azərbaycanda gecə saatlarında dəhşət: 4 nəfər ölümdən döndü

Bakının Binəqədi rayonunda ağır yol qəzası zamanı ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

32gun.az APA-ya istinadən xəbər verir ki, hadisə Şamaxı şosesində qeydə alınıb.

Şosenin Sulutəpə qəsəbəsi ərazisinə düşən hissəsində yolu keçən 1981-ci il təvəllüdlü Abdulxalıqov Ceyhun Babaverdi oğlu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abdulxalıqova Suğra Fərzalı qızı, övladları - 2011-ci il təvəllüdlü Abdulxalıqov Yusif  və 2009-cu il təvəllüdlü Abdulxalıqova Fatiməni “Toyota” markalı maşın vurub. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə ana və oğlun vəziyyəti ağırdır.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Oxşar Xəbərlər