Xəstəxanada koronavirusa yoluxan 9 aylıq körpə dünyasını dəyişdi (VİDEO)
Ankara Şəhər Xəstəxanasında ürək xəstəliyindən müalicə olunan 9 aylıq Tuğba Nur Sarı koronavirusa yoluxaraq dünyasını dəyişib.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, körpənin atası qızının 1 həftə əvvəl xəstəxanada müalicə olunarkən koronavirusa yoluxduğunu bildirib.
Qızının müalicəsinin 5 aya yaxındır davam etdiyini söyləyən Sarı, "Ürəyində dəlik var idi. Əməliyyat olundu. Sonra koronavirusa yoluxdu. Xəstəxanadan məlumat ala bilmədik. Gündə 20-30 dəfə zəng etdim. Qızımı intubasiya etdilər, bizə məlumat verilmədi. Günorta saatlarında ürəyi dayandı. Axşam öz imkanlarımla qızımı görmək üçün Mersindən Ankaraya gəldim. Axşam gələndə mənə dedilər ki, təəssüf ki, qızınızı itirdik. O, 3 gün əvvəl intubasiya olunub. Qızımdan doya bilmədim. Qızımı görməyə gəldim, o, dünyasını dəyişdi”.
Körpənin ölümü böyük kədərə səbəb olub.
Bildirilir ki, dünyasını dəyişən körpə evin 7-ci övladıdır.
Nurlan Şiraliyev
