HADİSƏ

Bakıda avtobus qəzaya DÜŞDÜ

Bu gün saat 14:00 radələrində Hövsan şosesində (Qum Adası) 132 nömrəli müntəzəm marşrut xətti üzrə (10-TG-079 DQN-lı) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

32gun.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib:

“Daşıyıcı şirkət “Kral-Transport” MMC-dən verilən ilkin məlumata əsasən, “Mercedes” markalı minik avtomobili yolun əks istiqamətinə çıxaraq avtobusla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb. Avtobusda olan sərnişinlərdən xəsarət alan yoxdur”.

Oxşar Xəbərlər