HADİSƏ

​​​​​​​Bakının mərkəzində yanan məşhur restoran söndürüldü - YENİLƏNİB

Bakının Nəsimi rayonunda yerləşən "Yüngül cinayətlər" restoranında baş verən yanğın söndürülüb.

32gun.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əraziyə cəlb olunan əməkdaşları yanğının qarşısını alıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

***17:52

Bakının Nəsimi rayonunda yerləşən "Yüngül cinayətlər" restoranında yanğın baş verib.

32gun.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi üçün tədbir görülür.

Oxşar Xəbərlər