Nazirlikdən Şahdağ Milli Parkındakı yanğınla bağlı açıqlama (YENİLƏNİB)
Şahdağ Milli Parkının Qəbələ rayonu bölməsində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov 32gun.az-a bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.
“Hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar”.
*** 16:58
Qəbələdə yanğın başlayıb.
32gun.az "Unikal"a istinadən xəbər verir ki, yanğın rayonun Tıkanlı kəndində, Şahdağ Milli Parkının ərazisində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi və meşə təsərrüfatı işçiləri cəlb olunub.
Hazırda yanğın davam edir.