HADİSƏ

Günorta saatlarında DƏHŞƏT: Ana və azyaşlı övladı ölümcül halda təcili xəstəxanaya çatdırıldı

Gəncə şəhərində ağır yol qəzası olub.

32gun.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, hadisə Müseyib Bağırov küçəsində "Şans Tibb Mərkəzi"nin qarşısında baş verib. 

Belə ki, yolu keçməyə çalışan azyaşlını və anasını maşın vurub. Hadisə yerinə təcili yardım və  polis əməkdaşları cəlb olunub. 

Ağır yaralanan ana və  övladı təcili olaraq xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Azər (bölgə müxbiri)

Oxşar Xəbərlər