Qazi İcra Hakimiyyətinin qarşısında özünü YANDIRDI - YENİLƏNİB
Baş Prokurorluq bu gün Samuxda intihara cəhd edən qazi ilə bağlı məlumat yayıb.
32gun.az prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.
Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Təbriz Abdullayev əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilsə də, sonradan Bakıya-Respublika Yanıq Mərkəzinə göndərilib. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir.
*** 14:16
Samuxda intihara cəhd edən qazinin vəziyyəti ağırdır.
Gəncə Şəhər Akademik Zülfüqar Məmmədov adına xəstəxanın baş həkimi Qafar İbrahimov "Unikal"a bildirib ki, qazi Təbriz Abdullayev həkimlərin müşayiəti ilə Bakı şəhərindəki Yanıq Mərkəzinə göndərilib.
*** 12:36
Samuxda qazi intihara cəhd edib.
32gun.az Unikal-a istinadən xəbər verir ki, hadisə Samux rayon İcra Hakimiyyətinin qarşısında qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü T. Abdullayev icranın qarşısında benzin törkərək özünü yandırıb.
Yanıq xəsarətləri alan T.Abdulayev Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, T.Abdullayevin 44 günlük vətən müharibəsinin qazisi olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.