HADİSƏ

ŞOK İTTİHAM! Bu din xadimləri təcavüzdə günahlandırılır

Papa Fransiskdən sonra vəzifəyə başlaması gözlənilən kanadalı kardinal Mark Ouelle də daxil olmaqla 88 din xadimi cinsi təcavüzdə ittiham olunur.

32gun.az bildirir ki, Kvebekin keçmiş arxiyepiskopu Mark Ouelle Kanadada cinsi qısnama ittihamı ilə üzləşib. Papa Fransiskin yerinə keçəcəyi gözlənilən kardinal Mark Ouelle, Kvebek Baş Yeparxiyasına qarşı qaldırılan qrup davasında cinsi qısnama ittihamı ilə 87 din xadimi ilə mühakimə olunur.

Kvebek arxiyepiskopu Mark Ouelle 2008-ci ilin avqustundan 2010-cu ilin fevralına qədər bir çox ictimai tədbirlərdə təcrübə keçən qadına təcavüz etməkdə ittiham olunur. Məhkəmə sənədlərində "F" kimi qeyd olunan qadın Ouelletin iradəsi olmadan ona dəfələrlə toxunduğunu iddia edib. Qadın həmçinin bildirib ki, 2016-2018-ci illər arasında din xadimi Leopold Manirabaruşa tərəfindən cinsi istismara məruz qalıb.

İddiaçılar bildirir ki, Kvebek Baş yeparxiyasının ən azı 85 üzvü 1940-cı ildən bəri 100-dən çox insanı cinsi istismara məruz qoyub, onların əksəriyyəti azyaşlılardır. Kvebek Baş yeparxiyasından və ya yeparxiyanın hüquqşünaslarından heç bir açıqlama verilməyib. Gundem.az

Oxşar Xəbərlər