HADİSƏ
Dənizdə batan şəxsin meyiti TAPILDI
Avqustun 21-də dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb.
FHN-dən 32gun.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.