KRİMİNAL
“Papanin“ və “Xutor“da ƏMƏLİYYAT: 15 nəfər tutuldu
Paytaxtın Cəlil Məmmədquluzadə (”Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb.
DİN-in mətbuat xidmətindən 32gun.az-a verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.