Bakıda cinayətkar dəstə saxlanıldı - Aralarında qadınlar var
Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən xəbərə görə, avqustun 20-də Sabunçu rayonu Bakıxanov qəsəbə sakini Ə.Kərimovun evinin qapısını biri qadın olmaqla naməlum 3 nəfəri qonşu adı ilə açdıraraq, mənzilə daxil olublar. Həmin şəxslərdən biri əlindəki bıçaqla Ə.Kərimovu hədələyərək üz nahiyəsinə yumruq vurub, digərləri isə evi axtardıqdan sonra oradan qaçıblar.
Bu barədə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Babayev, E.Əliyeva və J.Mahmudova saxlanılıblar.