HADİSƏ

Bakıda çoxmərtəbəli binada YANĞIN BAŞLADI

Bakıda çoxmətəbəli binada yanğın başlayıb.

Bu barədə 32gun.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada (yaşayış yoxdur) yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxşar Xəbərlər