HADİSƏ

Yolu keçmək istəyən 6 yaşlı uşağı maşın vurdu - Bakıda

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

32gun.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Səməd Vurğun küçəsində avtomobil yolu keçən 2016-cı il təvəllüdlü Ağayev Yusif Heydər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Oxşar Xəbərlər