HADİSƏ
SON DƏQİQƏ! Azərbaycanda axşam saatlarında DƏHŞƏT: xəsarət alanlar var
Göygöldə 4 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
32gun.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2106” ilə 15 saylı xətt üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub. Qəzadan sonra mikroavtobus yol kənarındakı mağazaya çırpılıb. Hadisə zamanı 2 sərnişin və mağazada olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.