HADİSƏ

Bakıda ana və azyaşlı qızı İTKİN DÜŞDÜ

Bakıda ana qızı ilə birgə itkin düşüb.

32gun.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, A. Nemətulla küçəsində baş verib. Burada yaşayan 28 yaşlı Əliyeva Aysel Niyazi qızı 7 yaşlı qızı R. Kərimova ilə birgə evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində araşdırma aparılır.

Oxşar Xəbərlər