HADİSƏ
3 qızı və həyat yoldaşını yatdıqları zaman silahla qətlə yetirdi - Hadisənin TƏFƏRRÜATLARI
Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Şırnak bölgəsində Həsən Karaaslan adlı şəxs 3 qızı və həyat yoldaşını öldürüb.
32gun.az yerli mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı bır sıra təfərrüatlar bəlli olub.
Belə ki, Karaaslan cütlüyünün ev satmaq üstündə dava saldıqları iddia edilib. Digər tərəfdən qonşular həmin şəxsin psixoloji pozuntusu olduğunu bildirərək, onun 15 il əvvəl xəstəxanada müalicə olunduğu söyləyiblər.
Ailə üzvlərini öldürdükdən sonra polisə təslim olan Həsən Karaaslan ilk ifadəsində "Səslər eşitdim. Məni öldürəcəklərindən şübhələndim və bezdim" - deyə, bildirib.
Nurlan Şiraliyev