HADİSƏ

Bakıda hərbi sursat aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-nin mətbuat xidmətindən 32gun.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd partladıcısız F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 67 ədəd 5.45x39 millimetr və 450 ədəd 5.6x15.6 millimetrlik kiçik çaplı silah mərmisi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Oxşar Xəbərlər