MƏDƏNİYYƏT - ŞOU

Azərbaycanlı modelə "eşşək" deyib təhqir edən, "çıxın, ölkənizə gedin" deyən sabiq deputat görün kim imiş

Xəbər verdiyimiz kimi, Türkiyənin Bodrum şəhərində iş adamı, CHP-nin keçmiş millət vəkili Aydın Ayaydınla azərbaycanlı model Diana Ahadpur arasında qalmaqal yaşanıb.

Türkiyənin "Sabah" qəzetinin yazdığına görə, insidentə səbəb Əhədpurun 6 yaşlı oğlunun dənizə girib su sıçratmağa başlaması olub. Bu, Ayaydını özündən çıxarıb və o, uşağın üstünə qışqırıb. Oğlan ağlaya-ağlaya anasının yanına qaçıb.

Əhədpur dərhal kişiyə yaxınlaşıb və etirazını bildirib: "Uşağımın üstünə niyə qışqırırsınız? Narazılığınızı mənə bildirərdiniz, uşağı niyə qorxudursuz?”

Bunu eşidən Ayaydın modelə hücum çəkib və onu təhqir etməyə başlayıb: "Rədd olun gedin buradan. Gedin öz ölkənizə eş...lər”.

AZXEBER.COM Aydın Ayaydının bioqrafiyasını təqdim edir:

Aydın Ayaydın 1951-ci ildə Türkiyənin Mardin şəhərində anadan olub. İstanbul İqtisadiyyat və Ticarət Elmləri Akademiyasını bitirib. 1978 ITIA Biznes İdarəetmə Məktəbində, daha sonra İTİA İqtisadiyyat Fakültəsində assistent kimi işləməyə başlayıb. Marmara Universiteti Sosial Elmlər İnstitutunda 1983-cü ildə iqtisadiyyat üzrə magistr, 1985-ci ildə isə iqtisadiyyat üzrə doktorluq dərəcəsi alıb.

Marmara Universiteti İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin Ekonometrika bölməsində 1986-cı ildə dosent, 1988-ci ildə dosent və 1993-cü ildə professor elmi adını alıb.

Onun inzibati vəzifələri isə bunlardır:

24-cü dövr İstanbul Millət vəkili, Plan və Büdcə Komitəsinin üzvü

İstanbul Millət vəkili olan Prof.Dr.Aydın Ayaydın Türkiyə Böyük Millət Məclisinin media problemlərini araşdırıb.

TBMM-də komissiyanın sədri və Plan Büdcə Komitəsinin üzvü

Rəqabət Şurasının Qurucu sədri

Türkiyə Banklar Birliyinin sədri

Emlakbank baş direktoru və İdarə Heyətinin sədri

Vakıfbank baş direktoru

Şekerbank-ın baş direktoru

İŞ Bankının İdarə Heyətinin üzvü

Türkiyə Sənaye İnkişaf Bankının İdarə Heyətinin üzvü

Türkiyə Sənaye İnvestisiya Bankının İdarə Heyətinin üzvü

Banque Du Bosphore İdarə Heyətinin üzvü (Paris)

Günəş Sığorta İdarə Heyətinin sədri

Hür Sığorta İdarə Heyətinin sədri

Şeker Sığorta İdarə Heyəti sədrinin müavini

Sarı mətbuat kartı olan Ayaydın "Təqvim”, "Sabah” və "Vətən” qəzetlərində iqtisadiyyat və siyasət sahəsində köşə yazıları yazmış, bu günə kimi 12 elmi kitab və yüzlərlə məqalə dərc etdirmişdir.

Vaxtilə "Beşiktaş"ın vitse-prezidenti və mətbuat sözçüsü vəzifəsini də icra edən Ayaydın evlidir və 3 övladı var.

Oxşar Xəbərlər