MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Demi Mur saçlarını niyə qısaltmadığını açıqladı

Hollivud aktrisası Demi Mur People nəşrinə verdiyi müsahibədə saçlarını qısaltmaq istəməməsinin səbəblərindən danışıb.
32gun.az xəbər verir ki, Aktrisanın sözlərinə görə, uzun saçlar onun üslubuna ən çox uyğun gələn seçimdir.

“Obrazımı pariklər və süni saç telləri ilə dəyişmək ehtiyacımı qarşılayır.

Amma sonda saçlarımı açıb belimdən aşağı süzüldüyünü görmək xoşuma gəlir.

Bu, evə qayıtmaq kimidir”, — deyə Demi Mur bildirib.
O, yaş artdıqca saç qulluğuna daha diqqətlə yanaşdığını da vurğulayıb. Mur qeyd edib ki, saçlarının güclü və parlaq olmasına çalışır, lakin həddindən artıq kosmetik vasitələrdən istifadə etmir. Aktrisa üçün əsas prioritet saçların uzunluğu deyil, sağlamlığıdır.
Yanvarın 9-da Demi Mur Los-Ancelesdə keçirilən Women's Wear Daily's mükafatlandırma mərasiminin qonağı olub. Aktrisa qara, yarımşəffaf, straslarla bəzədilmiş maksi don geyinərək fotoqraflar qarşısına çıxıb. O, obrazını boyunbağı, sırğalar, klatç və üzüklə tamamlayıb. Saçları səliqəli şəkildə düzəldilən Murun makiyajında ənlik, çəhrayı çalarlar və dodaq boyası diqqət çəkib.
Bundan əvvəl Demi Mur Glamour jurnalının buraxılışının qəhrəmanı olub. Jurnalın üz qabığında aktrisa altından iç geyimi görünən qara konstruksiyalı libasda poz verib. Obrazı iri brilyant sırğalar və hündür platformalı ayaqqabılar tamamlayıb.

Nilay

Oxşar Xəbərlər