Şəhər idarəsinin rəhbəri müharibədə həlak olub - Rusiyada
Belqorod merinin Valentin Demidovun məlumatına görə, xüsusi hərbi əməliyyat zonasında şəhər idarələrindən birinin rəhbəri həlak olub. Bu barədə o, özünün Telegram kanalında yazıb.
Məlumata görə, söhbət Şəhər ərazilərinin inkişafı departamentinin 10-cu idarəsinin rəhbəri Aleksey Vezentsevdən gedir. Merin sözlərinə görə, yarım il əvvəl Vezentsev Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq döyüş bölgəsinə yollanıb.
“O, vəzifəsini yerinə yetirərkən olduğu kimi, ön cəbhəyə də əlavə söz demədən, vətən borcunu yerinə yetirmək üçün yollandı,” – deyə Demidov qeyd edib.
Mər əlavə edib ki, Vezentsev 2021-ci ildən idarəyə rəhbərlik edib və şəhərin xeyrinə fədakarlıqla çalışıb, xüsusilə 2024-cü ilin çətin günlərində, Ukrayna Silahlı Qüvvələrinin zərbələrindən sonra Belqorodun bərpasında kömək edib. Mer həlak olanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, 30 dekabrda Moskvа Hərbi Dairəsinin mətbuat katibi mayor Dmitri Şutovun SVO zonasında, Kupyansk istiqamətində döyüş tapşırıqları yerinə yetirərkən həlak olduğu açıqlanıb.
Ayaz