Britaniyada bir şəxs uşaqlara qarşı çoxsaylı cinsi xarakterli cinayətlər törətdiyinə görə ömürlük müəllim işləmək hüququndan məhrum edilib.
32gun.az bildirir ki, bu barədə Bedford Today nəşri məlumat yayıb.
Məlumata görə, kişinin qanunsuz fəaliyyəti 2023-cü ilin aprelində uşaqların iştirakı ilə qeyri-etik məzmunlu fotoları kütləvi şəkildə yükləməsi ilə üzə çıxıb.\
Hüquq-mühafizə orqanlarının apardığı axtarış zamanı ona məxsus 26 elektron cihaz aşkar edilib. Bu cihazların yaddaşında uşaqlarla bağlı çoxsaylı qeyri-etik materiallar tapılıb. Texniki vasitələr arasında vanna otağı və yataq otağında quraşdırılmış kameralardan çəkilmiş videoların olduğu SD-kart da olub.
Araşdırma zamanı müəyyən edilib ki, müəllim 2019-cu ildə bir neçə dəfə azyaşlıları gizlicə izləyib. Bundan əlavə, 2022–2023-cü illər ərzində uşaqların iştirakı ilə qeyri-etik materiallar hazırlayıb.
Britaniya vətəndaşı törətdiyi əməlləri etiraf edib. Məhkəmənin qərarı ilə o, 4 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Peşə etikası üzrə xüsusi komissiya isə kişinin etdiyi əməllərdən peşmanlıq hissi keçirmədiyini və gələcəkdə də oxşar cinayətlər törədə biləcəyini əsas gətirərək ona ömürlük müəllimlik qadağası tətbiq edib.
Ayaz