DÜNYA ÖZ XƏBƏR

21 yaşlı ana körpəsinə işgəncə verib - Bu ölkədə

Kursk sakini öz iki yaşlı qızına qarşı zorakılıqda ittiham olunur

Kursk sakini, 21 yaşlı işsiz qadın, öz iki yaşlı qızına qarşı zorakılıq tətbiq etdiyi üçün məhkəmə qarşısına çıxacaq. Qadının əməli 2024-cü ilin noyabrından 2025-ci ilin iyuluna qədər davam edib.

32gun.az xəbər verir, məlumatı kp.ru yayıb.

Araşdırmalar göstərib ki, ana qızını “tərbiyə etmək” adı altında fiziki zor tətbiq edib. Uşaq yemək istəmədikdə, onu qaşıqla başından vurub, başına siqaret basıb və mobil telefon atıb. Bir dəfə isə uşaq yatmaq istəmədiyi üçün anası onu arxasından itələyib; uşaq yıxılaraq üzünü şkafın kənarına vurub.

Ekspertiza nəticəsində uşağın baş nahiyəsində xəsarətlər aşkar edilib. Ana barəsində cinayət işi başlanıb və iş artıq məhkəməyə göndərilib. Hazırda uşaq ailəsindən çıxarılaraq himayəyə götürülüb.

Ayaz 

Oxşar Xəbərlər