KRİMİNAL

Narkotiklə tutuldular, digər cinayətin üstü AÇILDI

Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi  və Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş N.Bağırov və R.Bağırov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onların üzərində heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onların şəhər ərazisində bir evdən 5000 manat dəyərində məişət əşyaları oğurladıqları da müəyyən olunub.

Oxşar Xəbərlər