HADİSƏ

Xəstə palatada özünü yandırdı

Rusiyanın Novosibirsk şəhərində xəstəxanada yanğın baş verib.

32gun.az Lent.az istinadən xəbər verir ki, hadisə şəhərin Oktyabr rayonunda 2 saylı Şəhər Kliniki Təcili Tibbi Yardım Xəstəxanasının palatasında baş verib. Hadisə nəticəsində 53 yaşlı xəstə diri-diri yanaraq ölüb.

Digər itkilər barədə məlumat verilmir.

Hadisəni məhz həmin xəstənin törətdiyi iddia olunur. Məlumata görə, sağalmaz xroniki xəstəlikdən əziyyət çəkən kişi özünü yandıraraq intihar edib.

Oxşar Xəbərlər