KRİMİNAL
Azərbaycanda daha bir AİLƏ FACİƏSİ: Ər arvadını...
Qusarda ər arvadını qətlə yetirib.
Rayon prokurorluğundan 32gun.az-a verilən məlumata görə, avqustun 30-da Piral kənd sakini 1988-ci il təvəllüdlü Aksana Mollayevanın yaşadığı evdə öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Farik Mollayevin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aksana Mollayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Farik Mollayev şübhəli şəxs qismində tutulub, istintaq davam edir.