Deputat Ağalar Vəliyevin binasında DƏHŞƏT: İntihar edən Bəhruz Bağırlı görün kimdir
Abşeron rayonunda intihar hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla Sumqayıt şəhərində yaşamış Bağırlı Bəhruz Nurəddin oğlu 29.08.2022-ci il tarixdə qonaq gəldiyi xalası Qasımova Afət Rasim qızına məxsus "Kristal Abşeron-2" yaşayış kompleksində, 10 nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 29 nömrəli mənzilin eyvanından özünü ataraq intihar edib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
32gun.az xatırladır ki, mətbuatda (reyting.az) gedən məlumata görə, "Kristal Abşeron" deputat Ağalar Vəliyevə məxsusdur.