HADİSƏ

Bakıda axşam saatlarında DƏHŞƏT: Fazil Rüstəmov "Range Rover"la adam öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

32gun.az xəbər verir ki,  Rüstəmov Fazil Şahbaz oğlu idarə etdiyi  "Range Rover"  markalı avtomobillə Xəzər rayonu ərazisində  Buzovna -Zaqulba yolunda hərəkətdə olan zaman yolu sağdan sola keçən piyada 1956-cı il təvəllüdlü Süleymanov Allahyar Baxış oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
  Faktla bağlı Xəzər rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanaraq istintaq davam etdirilir.

Oxşar Xəbərlər