Şəhidlərimiz dəfn olundu - FOTOLAR (YENİLƏNİB)
Şəhidlər İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
32gun.az xəbər verir ki, dəfn mərasimində yaylım atəşi açılıb. Daha sonra dövlət himni səsləndirilib.
*** 15:04
Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanlar dəfn olunub.
32gun.az xəbər verir ki, onların cənazələri II Şəhidlər xiyabanında torpağa tapşırılıb.
*** 14:38
Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanların II Şəhidlər xiyabanında dəfn mərasimi keçirilir.
32gun.az xəbər verir ki, mərasimdə həlak olanların ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Fotolar: //Unikal