HADİSƏ

SON DƏQİQƏ! Azərbaycanda gecə saatlarında DƏHŞƏT: Ölən var (FOTO)

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

32gun.az APA-nın Cənub bürosuna istinadən xəbər verir ki, hadisə Kərgəlan kəndi ərazisində qeydə alınıb.

Belə ki, sürücünün sükana nəzrəti itirməsi ilə avtomobil yoldan çıxaraq kanala aşıb.

Nəticədə ata və oğulu xəsarət alıblar.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılardan biri - atanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qəzaya avtomobilin sərxoş vəziyyətdə idarə olunması səbəb olub.

Meyit müayinə olunması üçün aidiyyati üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər