KRİMİNAL
Ağır cinayətlər törədən əcnəbi Bakıda görün harada TUTULDU
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Bakı istintaq təcridxanasının əməliyyat aparatları Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş idarəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri keçirib.
Hər iki qurumun mətbuat xidmətindən 32gun.az-a daxil olan məlumata görə, ağır cinayət törətməkdə şübhəli bilinən Maldiv Respublikasının vətəndaşı Ahmed Anaam İbrahim Bakı İstintaq təcridxanasının qarşısında tutulub.
O, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş idarəsinin əməkdaşlarına təhvil verilib. //Lent