HADİSƏ

Türkiyədə dəhşət: yüzlərlə insan təxliyyə EDİLDİ - YENİLƏNİB

Türkiyənin Mersin şəhərində baş verən meşə yanğın davam edir.

32gun.az xəbər verir ki, Gülnar rayonunda baş verən yanğına havadan və qurudan müdaxilə edilir.Güclü külək alovla mübarizəni çətinləşdirir.

Yanğının söndürülməsinə 29 helikopter, 11 təyyarə, 138 texnika və 712 canlı qüvvə cəlb olunub.

Ərazidən 450 nəfər təxliyə edilib.

Yanğın zamanı xəsarət alan 9 nəfərdən 7-nin xəstəxanalardan birində müalicəsi davam edir.
Bölgəyə ətraf əyalətlərdən də gücləndirmə qrupları göndərilib.

***

21:47

Türkiyə yenidən meşə yanğınlarına nəzarəti itirib.

32gun.az xəbər verir ki, hazırda qardaş ölkənin Mersin şəhərinin Gülnar rayonunda meşə yanğını yaşayış sahəsinə yaxınlaşıb.

Məlumata görə, təxminən 110 həyətdən 450 nəfər təxliyə edilib.

Yanğının söndürülməsi üçün təyyarə və helikopterlər yanğınsöndürmə işlərinə cəlb edilib.

Ümumilikdə yanğının söndürülməsinə 5 təyyarə, 18 helikopter, 49 gəmi və 500-dən çox canlı qüvvənin cəlb olunduğu vurğulanır.

Oxşar Xəbərlər