KRİMİNAL

12 cinayətin üstü illər sonra AÇILDI

Sentyabrın 7-də ölkə ərazisində qeydə alınan 99, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən (DİN) 32gun.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 67, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanılıb.

Oxşar Xəbərlər