Arvadına təcavüz edən kişinin üstündən avtobusla keçdi - ANBAAN VİDEO
Ömürcan Y. adlı şəxs həyat yoldaşına təcavüz edən Nevzat A-nı mikroavtobusla vuraraq metrlərlə sürüyüb.
32gun.az Türkiyə KİV-nə istonadən xəbər xəbər verir ki, hadisə İstanbulda baş verib.
Belə ki, Funda Y. adlı qadın daha əvvəl ona təcavüz etdiyini iddia etdiyi Nevzat A. ilə küçədə rastlaşıb. Bunun ardınca həyat yoldaşına məlumat verib. Hadisə baş verdikdən sonra ər-arvad saxlanılıb. Aparılan araşdırmalardan dərhal sonra Ömürcan Y. həbs edilib.
Qadının yaxınları olduğu öyrənilən bir qrup şəxslər də yaralıya taxta parçaları ilə hücum edib.
Təcavüzkar olduğu iddia edilən şəxs ağır yaralanıb.
Hadisə yaxınlıqdakı iş yerinin təhlükəsizlik kamerasına əks olunub.
Hadisə şahidi Tarkan Çiftçi baş verənlərlə bağlı bunları deyib:
"Qadın qarşı yoldan gəlirdi. Təcavüzkar olduğu deyilən şəxs avtomobilini saxladı. Qadına yaxınlaşanda maşından düşdü və nəsə dedi. Qadın ona tərs cavab verdikdən sonra, hərəkət etməyə başladı. Şüphəli şəxs də onun arxasınca getdi. Onlar marketin qarşısına gəldilər. Bundan sonra sürətlə gələn avtobus şüphəli şəxsi vurdu. Biz müdaxilə etdik. Qısa müddət sonra qadının yaxınları gəldi. Yerdə uzanan təcavüzkarı taxta parçaları ilə döydülər".
Nurlan Şiraliyev