HADİSƏ

Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə 32gun.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

09:32

Xırdalanda çoxmərtəbəli yaşayış binası yanır.

Bu barədə 32gun.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxşar Xəbərlər