SİYASƏT
Ermənistan ordusu Laçın və Kəlbəcər istiqamətində təxribata başladı
Bu dəqiqələrdə Ermənistan Silahlı Qüvvələri Laçın və Kəlbəcər istiqamətində Azərbaycan ordusuna qarşı irimiqyaslı təxribatlara başlayıb.
32gun.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Oxu.Az xəbər yayıb. Bildirilib ki, döyüşçülərimiz cavab tədbirləri görür. Hazırda düşmən təxribatlarının qarşısı qətiyyətlə alınır.