SİYASƏT
Ermənistan-Azərbaycan sərhədində vəziyyət KTMT-də müzakirə olunacaq
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Kolllektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onlayn sammiti keçiriləcək.
32gun.az xəbər verir ki, bu barədə pezidentin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“Ermənistan tərəfinin xahişi ilə bu gün, təxminən, saat 18:30-da, indi vaxt razılaşdırılır, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans formatında iclası keçiriləcək”.
Uşakov qeyd edib ki, Ermənistanın müraciəti “Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədardır”.