SİYASƏT
Prezident SƏRƏNCAM İMZALADI
Azərbaycan dili beynəlxalq aləmdə təbliğ və təşviq ediləcək.
32gun.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin ilə təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.
Belə ki, konsepsiyada Azərbaycan dili ilə bağlı çağırışlar, Azərbaycan dilinin inkişafı, o cümlədən beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilində elmi, elmi-publisistik və bədii əsərlərin sayının və keyfiyyətinin artırılması nəzərdə tutulub.