HADİSƏ
Faciəvi şəkildə ölən tələbənin FOTOSU
Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi Əli Quliyev intihar edib.
32gun.az Metbuat.az-a istinadən xəbər verir ki, o, II Müalicə - profilaktika fakültəsində təhsil alıb.
Azərbaycan Tibb Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, bu barədə məlumatlar həqiqətə uyğundur:
"Çox təəssüf hissi ilə bildiririk ki, bu barədə məlumat doğrudur. Lakin intiharın səbəbi ilə bizdə dəqiq məlumat yoxdur. Allah rəhmət eləsin!"
Qeyd edək ki, sosial şəbəkələrdəki iddialara görə, Əli Quliyevin qulaqlarına qarşı kompleksi olub. O, bir dəfə əməliyyat olunub. Lakin ikinci dəfə yenə əməliyyat olunmaq istəyib, həkimlər buna icazə verməyib. Bu səbəbdən intiharı seçib.